Nabranda istirahət mərkəzində ölüm faktı qeydə alınıb.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu Nabran kəndində yerləşən "Olimp" istirahət mərkəzində qeydə alınıb.Belə ki, istirahət mərkəzində Xaçmaz şəhər sakini Fariz Muxtarovu elektrik cərəyanı vurub. Ağır yaralanan F.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.