Nabranda ana və qızı dənizdə boğuldu

Nabranda ana və qızı dənizdə boğuldu
Bütün Xəbərlər
21:57 28.07.2015
1947
Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahilində iki nəfər dənizdə batıb.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Qusar rayon sakinləri, 1963-cü il təvəlüdlü Osmanova Faizə Nurəddin qızı və onun qızı Osmanova Olya Nəriman qızı dənizdə boğularaq ölüb.

Hər iki şəxsin meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

OXŞAR XƏBƏRLƏR