Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
SOSİAL
12:41 20.07.2022
421
12.53
 
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

12.41
 
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, onlar qidadan zəhərləniblər.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR