Dünən Nabranda yerləşən eyni adlı istirahət mərkəzində dəhşətli faciə yaşanıb.
AzNews.az-ın məlumatına görə, günorta saatlarına “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb. Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib.
Baş verən hadisə nəticəsində N.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki onurğa sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.