Nadir Adilov: “Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur”

Nadir Adilov: “Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur”
SOSİAL
14:03 07.02.2025
1106
"Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur".

Bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov AZXEBER.COM-a açıqlamasında bildirib.
 
O qeyd edib ki, 2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47.212 müraciət daxil olub. Bu müraciətlərdən 43.761-i ailə mübahisələri, 2.427 əmək mübahisələri, 647 kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir. Daxil olan 47.212 müraciətdən 44.601 müraciət nəticələnib.
 
Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 22.033-dür. Mediasiya müraciətlərində xitam verilən və mediasiyadan imtina edilən işlərin hansı ki, bu işlərdə artıq məhkəmə müraciəti edilməyəcək və bununla da məhkəmə yükünü azaltmış olacaq, ümumi sayı 6.488-dir. 2024-cü il ərzində ümumilikdə 7.554 barışıq sazişi imzalanmışdır ki, bu da 47% uğurlu nəticə deməkdir. 

"Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur. Təsəvvür edin ki, problemlərini, mübahisələrini həll edə bilməyən tərəflər və onları əhatə edən şəxslərlə ünsiyyətin qurulması, bu şəxslərin ilkin və tam mediasiya sessiyalarına dəvət edilməsi, onlarla təkbətək, iki tərəfli vəkil və nümayəndələri ilə görüşmək, mübahisə predmetini, mübahisə üzrə anlaşmanı, uzlaşmanı tənzimləmək həddindən artıq çətin bir məsələdir.
 
Nəzərə almaq lazımdır ki, biz mübahisəsi olan şəxslərlə işləyirik. Mübahisəsi yaranan istənilən şəxs isə əlbəttə ki, təbii haldır və heç də qınanılası deyildir ki, bir çox hallarda aqressiv olur. Burada mediatorlar başqa bir problemlə qarşılaşır. Aqressiya mühitinin aradan qaldırılması, tərəflərin qarşılıqlı görüşlərə cəlb edilməsi həddindən artıq mürəkkəblik yaradır. Amma çox sevindirici haldır ki, artıq mediatorlarımızın kifayət qədər peşəkarlığı artıb və onlar münaqişəli tərəflərlə işləməyi bacarırlar. Və əminliklə qeyd etmək istərdim ki, bu gün barışıq əldə etmək istəməyən mediator yoxdur. Hər bir mediatorun imzaladığı barışıq həm də onun brendi və markasıdır.
 
Bildiyiniz kimi, biz hər 3 aydan bir Mediasiya Şurası olaraq hesabatları şəffaf şəkildə mediasiya məxfiliyini qorumaqla ictimaiyyətə təqdim edirik. Bu hesabatlarda hər bir mediatorun məlumatları, icraatında olan işlərlə bağlı statistika qeyd edilir. Bəzən statistikası az olan mediatorlar da olur, bu təbiidir, bir çox hallarda tərəflər ilkin mediasiya prosesindən sonra tam mediasiya sessiyasında iştirakdan ya imtina edir, ya da mediatorun səyləri alınmır.
 
Bu məsələlərə bir daha qeyd edirəm ki, normal baxmaq lazımdır, çünki cəmiyyətimizdə mediasiya mədəniyyəti və təcrübəsi yeni formalaşır. Düşünürəm ki, zaman keçdikcə, istər cəmiyyətin, istərsə də mediatorların bu sahədə təcrübələri artdıqca bizim statistika daha da yüksək olacaq. Amma bu gün beynəlxalq ekspertlərin də verdikləri qiymətlərə görə mediatorlarımızın nəticələri kifayət qədər qənaətbəxşdir. Bu səbəbdən bütün mediatorlarımıza dərin təşəkkür edirəm. "

N. Adilov qeyd edib ki, Mediasiya Şurası hesabatlarını ictimaiyyətə təqdim etməmişdən iki həftə öncə hesabatların bir daha dürüstləşməsi, uçotun və ststistikanın bir daha dəqiq nəzərdən keçirilməsi məqsədi ilə hesabatlar mediasiya təşkilatları rəhbərlərinə işçi qaydada göndərilir və mediasiya təşkilatları rəhbərləri bütün dəqiqləşmələri apardıqdan sonra hesabatlar ictimaiyyətə təqdim edilir. 

"Mediasiya sazişlərinin imzalanmasında və mediasiya fəaliyyətinin təşviqində bir çox mediasiya təşkilatlarımızın mühüm rolu var. Bu gün sevindirici haldır ki, ölkə boyu mediasiya təşkilatlarının yaradılması və fəaliyyətinin təmin edilməsi sahəsində işlər aparılır. Ümumiyyətlə, qeyd edərdim ki, mediasiya təşkilatlarının yaranması mediasiya xidmətlərinin keyfiyyətinə də müsbət təsir edir. Odur ki, bu ilki hədəflərimizdə bütün rayonlarda mediasiya təşkilatlarının fəaliyyətə başlaması birinci sıradadır. Bir daha qeyd edim ki, məhz mediatorların sayəsində bu gün biz keyfiyyətli barışıq sazişlərinin imzalanmasına nail oluruq. Digər tərəfdən mediatorlarımız digər sahələrdə də çox aktivdir və onlar davamlı olaraq öz üzərlərində işləyirlər.” - deyə, N. Adilov fikirlərini tamamlayıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almatıda “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” baş tutdu
15:54 12.05.2025
Almatıda “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” baş tutdu
Lepsin 19 yaşlı sevgilisindən çimərlik geyimində FOTOLAR
15:39 12.05.2025
Lepsin 19 yaşlı sevgilisindən çimərlik geyimində FOTOLAR
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
15:14 12.05.2025
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
15:09 12.05.2025
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
15:01 12.05.2025
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
14:59 12.05.2025
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
14:55 12.05.2025
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
14:54 12.05.2025
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə