Nadir Qafarzadə ağır əməliyyat keçirdi

Nadir Qafarzadə ağır əməliyyat keçirdi
ŞOU-BİZNES
01:08 24.08.2011
1031

Populyar müğənni Nadir Qafarzadə Moskvadakı özəl klinikalardan birindədir. Müğənninin meneceri Ruslan Əliyevin bildirdiyinə görə, Nadir Qafarzadənin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat təqribən 1 saat davam edib. N.Qafarzadə indi klinikanın reanimasiya bölməsindədir. R.Əliyev Nadirin ürəklə bağlı problemlərinin çoxdan olduğunu deyib: "Sadəcə o, həmin problemi açıqlamırdı. Ağrıların kəskinləşməsi nəticəsində razılıq verdiyi əməliyyatın da ictimaiyyətin diqqətinə çatmasını istəmirdi". N.Qafarzadə ilə Moskvaya onun xanımı da yollanıb.

//day.az

OXŞAR XƏBƏRLƏR