Nadir Qafarzadə canlı efirdə Türkiyəni və türk xalqını təhqir etdi (VİDEO)

Nadir Qafarzadə canlı efirdə Türkiyəni və türk xalqını təhqir etdi (VİDEO)
ŞOU-BİZNES
23:29 10.11.2011
4804

Bu gün ANS-də yayımlanan “Günəbaxan” verilişində maraqlı hadisə baş verib.

AZXEBER.COM-un məlumatına görə, verilişdə qonaq olan müğənni Nadir Qafarzadə Türkiyə haqqında nalayiq fikirlər söyləyib. Belə ki, qonaqlardan birinin “Tarkan toylara 300 min dollara gedir, sizin buna münasibətiniz necədir” sualı Nadiri hiddətləndirib və o özündən çıxıb. Nadir Qafarzadə cavabında Türkiyəni və türkləri təhqir edib: "İyrənirəm Türk kanallarından. Türkiyə Azərbaycana əxlaqsızlığı, mənəviyyatsızlığı gətirib. Mən başa düşmürəm Tarkan kimdir ki? O məni tanımırsa, mən onu dünəndən tanımıram. Nə Türkiyə, Türkiyə salmısız siz? Türklər gəlib bizim əxlaqımızı pozdular. Torpaqlarımızın 20%-ni ermənilər alıb, qalanını da gedin türklərə verin. Bəsdirin də, az “girin” türklərə. Bizim millətdə namus, qeyrət, qürur yoxdur. Türklər öz millətini, bayrağını, torpağını, dövlətini sevən xalqdır, bizim kimi deyil. Allah eləsin türk də gəlsin, o biri torpaqları alsın sizdən”. Bu sözlər auditoriyanı şoka salıb. Bu sözləri deyəndən sonra Nadir Qafarzadə verilişi tərk edib.

Verilişin digər qonağı Səidə Dadaşova təhqir dolu fikirlərə görə, Nadir qınayıb: Nadir, sən bu gün əsəbisən. Amma deyim ki, hər millətin yaxşısı da var, pisi də. Belə şeylər deməyin düzgün deyil. Türklər bizim qardaşlarımızdır, mənim həyat yoldaşım da türkdür və biz çox xoşbəxt yaşayırıq”.

OXŞAR XƏBƏRLƏR