Nadir Qafarzadə: ''Mən olduğum məclisdə Can-Cana oxunmur'' - FOTOLAR

MAQAZİN
23:18 30.10.2012
2378

Bu həftə “ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişininqonağıNadir Qafarzadə oldu.

AZXEBER.COM-un məlumatına görə, proqramın başlanğıcından sonuna qədər teleaparıcı Səxavət Nurla səmimi həmsöhbət olan müğənnimiz bəzi açıqlamaları ilə diqqət çəkib. Belə ki, Nadir Qafarzadə getdiyi toylarda bəz mahnılar var ki, ifa etmədiyini deyib: “Əvvəllər mən toya gedəndə məndən Can-Cana mahnısını oxumağımı istəyərdilər. Amma mən heç vaxt bu mahnını oxumamışam. Oxuyanlara pis baxmıram. Sadəcə hər kəsin bir zövqü var. Mən xoşlamıram. Artıq hər kəs bilir ki, mən bu mahnını oxumuram və mən olduğum məclisdə də bu mahnı oxunmur”. Müğənni həm də sənətçilərmizin ulduz adlandırılmasının da düzgün olmadığını bildirib: “Mən düşünürəm ki, ulduz o insana deyilər ki, o əlçatmaz olsun. Bizim sənətçilərimiz isə heç biri belə deyil. Ulduz sözü hər insana deyilməməlidir”.

Maraqlı keçənveriliş ərzində gözəl ifaları ilə fanatlarını çoşduran Nadir Qafarzadə,sondapərəstişkarları ilə də görüşüb. Onlarlabirgə şəkillər çəkdirən müğənni, fanatlarına imzalı fotolarını da fanatlarını datəqdim edib.

Qeyd edək ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR