"Mən sənin atan yaşındayam. Danışığında etik normaları qoru. Mənim köməkçimə müəllim de. Çünki onun təhsili də buna imkan verir. İnsan televiziyaya çıxanda danışığına fikir verməlidir. Mən müraciətdə hər kəsə xanım və müəllim deyirəm. Siz də bunu etməlisiniz. Etmirsizsə mən sizə cavab vermirəm"
AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə ATV-də yayımlanan "Gün keçir" verilişində deyib. O efirə qoşulan Xan qrupunun mətbuat katibinə bu sözləri ünvanlayıb. Buna səbəb jurnalistin Nadirin köməksinə adıyla müraciət etməsi olub.