Nadir Qafarzadə maraqlı açıqlaması ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, müğənni vəsiyyətini açıqlayıb.
"Oğluma da, köməkçimə də demişəm. Həyatdır, bilmək olmaz. Əgər başıma bir iş gəlsə, mən öləndə məni gizlin dəfn edin. Heç kimə xəbər vermədən. Yoxsa başlayacaqlar haqqımda danışmağa".
Daha sonra Qafarzadə " Gəlib yasımda qeybət edəcəksiz, ondan bundan danışacaqsız. Gəlindən, kürəkəndən şikayət edəcəksiz. İstəmirəm. Mən öləndə heç kəs gəlməsin" deyə qeyd edib.