Nadir Qafarzadənin 300 minlik evi - FOTOLAR

MAQAZİN
18:38 22.07.2013
17662

Müğənni ailəsi ilə birlikdə Türkiyədə istirahət edir

Ailəsi ilə Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadədən xəbər var. Müğənni Lent. az-a Bakı üçün çox darıxdığını söyləyib: “Artıq bir neçə gündür ki, Azərbaycandan kənarda dincəlirəm. Ailəmlə birgə Türkiyədəki evimizdə istirahət edirik. Hətta evimdə Türkiyə və Azərbaycanın bayrağını asmışam. Hələ paytaxta qayıtmaq fikrim yoxdur. Bakı üçün çox darıxmışam, amma nə yaxşı ki, doğmalarım yanımdadır. Yoxsa ürəyim partlayar. Avqustda qayıdacam. Çünki qarşıda məni gərgin iş gözləyir. Ona görə də yaxşı dincəlməliyəm. Bütün məni sevənlərimi isə bağrıma basıb, öpürəm. Demək istəyirəm ki, pərəstişkarlarımı çox sevirəm". Qeyd edək ki, Nadir Qafarzadə Axşam.az saytına açıqlamasında ev üçün ümumilikdə 300 min manat xərc çəkdiyini demişdi.

OXŞAR XƏBƏRLƏR