Nadir Qafarzadənin musiqisi Novruz Aslan, sözləri Hadi Rəcəbliyə məxsus "Bu yaş nədir?" mahnısına erotik klip çəkdirməsi barədə xəbərlər yerli mətbuatda səs-küyə səbəb oldu. ANS PRESS-in məlumatına görə, müğənni klipində erotik səhnələrin olmasından xəbərsiz olduğunu bəyan etdi. Xəbər saytlarda çıxdıqdan sonra klip "YouTube"da yerləşdirildi.
Klipi izlədikdə rejissor Nail Naiboğlunun ANS PRESS-ə verdiyi müsahibəsində dediyi kimi erotikadan əsər-əlamət olmadığının şahidi olduq. Bəli, klipin müəyyən hissələri yataqda çəkilib, amma yataq səhnələri yoxdur.Xatırladaq ki, rejissor Nail Naiboğlu Nadir Qafarzadənin "Bu yaş nədir?" mahnısına çəkdiyi klipdə erotik səhnələrin olduğunu söyləmişdi: "Klipdə yataq səhnələri, erotika var. Nadirdən başqa 6 aktyor çəkilib. Açıq-saçıq səhnədə fotomodel Dilbəri çəkmişəm. O, klipdə çılpaq olmasa da erotik bir gecə paltarındadır. Nadir Qafarzadə özü erotik səhnələrdə çəkilməyib. Müğənni klipdə sadəcə ifaçı kimi təqdim olunub".