Naftalan Şəhər Bələdiyyəsi ölkəmizdə beynəlxalq standart alan ilk bələdiyyə oldu

Naftalan Şəhər Bələdiyyəsi ölkəmizdə beynəlxalq standart alan ilk bələdiyyə oldu
SOSİAL
15:20 18.12.2023
1012
ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Texniki Komitəsi tərəfindən hazırlanıb.
İdarəetmənin səmərəli təşkili, proseslərə düzgün nəzarət, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, risklərin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən ISO 9001:2015 "Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamətində Naftalan Şəhər Bələdiyyəsində işlər uğurla həyata keçirilmişdir.
Standart Beynəlxalq Sertifikatlar Reyestrində qeydiyyata alınaraq ümümdünya siyahıya daxil edilmişdir.
Bələdiyyənin fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartına uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsində önəmli olacaqdır.
Qeyd olunan standartın tətbiqi bələdiyyənin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Həmçinin standartın tətbiqinin vətəndaşla bələdiyyə arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşmasına, bələdiyyənin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağına imkan yaradacaqdır.
Qeyd edək ki, Naftalan Şəhər Bələdiyyəsi Şəhər Bələdiyyələr Milli Assosiasiyasının idarə heyətinin üzvüdür.
Avropa İttifaqı tərəfindən həyata keçirilən İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri təşəbbüsü çərçivəsində yaradılan layihəyə qoşularaq Naftalan bələdiyyəsi qalib elan olunmuş və "Urban Imaginaries 2022” sertifikatı ilə təltif olunmuşdur.
Həmçinin, "Nations Developmenrt Programme” təşkilatının 2023-cü ilin oktyabrında Gürcüstanın Batumi şəhərində keçirilmiş "Future Fit Cities” adlı şəhər Forumunda iştirak etmiş və "M4EG Urban Imaginaries” sertifikatı ilə təltif olunmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?