Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
SOSİAL
13:12 20.09.2025
315
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində "20 sentyabr – Dövlət Suverenliyi Gününün Tarixi əhəmiyyəti" mövzusunda tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ŞİH başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri, AQTA-nin Gəncə-Daşkəsən regional bölməsinin rəisi, Gəncə-Daşkəsən Regional Turizm İdarəsinin rəisi, şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları,  idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.

İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük ehtiramla anıblar. 

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "20 sentyabr Dövlət Suverenliyi Günü”nə həsr olunmuş video çarx nümayiş etdirilib.

İcra başçısı çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı böyük uğurlardan söz açıb. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini xüsusi vurğulayaraq, onun Azərbaycanın suverenliyi və azadlığının təmin olunmasında göstərdiyi uzaqgörən diplomatik səylərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu şərəfli yol  Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük müdriklik və zəngin idarəçilik təcrübəsi ilə uğurla davam etdirilir. Məhz uzaqgörən siyasət nəticəsində Azərbaycan sülhün memarı və təminatçısı kimi öz adını tarixə yazmaqdadır.

Digər çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsini, siyasi sabitliyini qorumaqla mövqelərini daha da möhkəmləndirməsini və regionda dayanıqlı inkişafın təmin olunmasında oynadığı örnək rolu xüsusi vurğulayıblar. Qeyd edilib ki, Tarixi Zəfərin qazanılması Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində mümkün olmuşdur. 
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR