BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Naftalanda 20 Yanvar şəhidləri yad edilib - VİDEO

Naftalanda 20 Yanvar şəhidləri yad edilib - VİDEO
SOSİAL
20:27 20.01.2020
3288
VİDEO" />
Naftalanda 20 Yanvar şəhidləri yad edilib

20 yanvar – Ümumxalq Hüzn Günündə Naftalan şəhərində də böyük izdiham yaşanıb. 20 yanvar şəhidləri abidəsi ətrafına toplaşanlar arasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri, sakinlər, eləcə də Naftalana istirahət məqəsdilə gələn xarici və yerli qonaqlar olub. Şəhərin İcra başçısı Vüqar Novruzov 20 yanvar şəhidləri abidəsi önünə əklil qoyub, ölkəmizin azadlığı uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsini yazanların əziz xatirəsini yad edib. Daha sonra şəhər ictimaiyyəti, Naftalan əhalisi və qonaqlar abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Abidəni ziyarətə gələnlər bildiriblər ki, 30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi təkcə hüzn günü kimi yox, eyni zamanda, tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qalıb. "20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları əliyalın canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı” kimi ifadələri dilə gətirənlər Naftalanda indiyədək ölkəmizin azadlığı, suverenliyi uğrunda canlarından keçən bütün şəhidləri yad edib, onların ruhuna dualar oxuyublar. 

Sonra Bakı vaxtı ilə saat  12-də respublikanın hər yerində olduğu kimi Naftalan şəhərinin küçələrində də nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Həmin anda dövlət bayraqları endirilib, avtomobillərin siqnal səsi ilə şəhidlərin xatirəsi bir daha yad edilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR