Naftalanda “Elmin və nəcibliyin rəmzi” mövzusunda tədbir keçirilib - FOTOLAR

Naftalanda “Elmin və nəcibliyin rəmzi” mövzusunda  tədbir keçirilib - FOTOLAR
SOSİAL
15:06 15.04.2025
1020

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı  "Elmin və nəcibliyin rəmzi” mövzusunda  tədbir keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Naftalan ŞİHB-nın müavini, məsul əməkdaşları,  YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin, Reabilitasiya Mərkəzinin, Naftalan Gigiyena Epidemiologiya Mərkəzinin rəhbərləri, tibb işçiləri və ziyalılar iştirak edib.

Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görkəmli akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.


Çıxış edənlər tibb elmləri doktoru, akademik, dahi oftalmoloq-alim və ictimai xadim Zərifə xanım Əliyevanın mənalı həyat yolundan, elmi irsinin əhəmiyyətindən, fədakar peşə və ictimai fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, oftalmologiya sahəsində dəyərli araşdırmaları və fundamental elmi nailiyyətləri ilə tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyeva, həm də nəcib niyyəti və xeyirxah əməlləri ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış, gözlərə nur bəxş etmişdir.

 

Tədbirdə Zərifə xanım Əliyeva haqqında dərin ehtiramla xatirələr bölüşülüb, onun həyat və fəaliyyətinin müxtəlif istiqamətlərdə miras qoyduğu əvəzsiz irsi vurğulanıb. Bildirilib ki, o, yalnız bir alim və həkim kimi deyil, həm də nurlu mənəviyyatı, insanpərvərliyi, yüksək intellekti ilə əsl Azərbaycan qadınının mükəmməl obrazını yaratmışdır. Eyni zamanda, Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, müdrik dövlət xadimi, Prezident cənab İlham Əliyevi xalqımıza bəxş edən fədakar və qayğıkeş ana kimi də daim qəlblərdə yaşayaraq.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
09:11 29.10.2026
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
09:06 29.10.2026
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
08:58 29.10.2026
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Bu ərazilərdə qaz olmayacaq
08:53 29.10.2026
Bu ərazilərdə qaz olmayacaq
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb