Naftalanda Şəhid Bəxtiyar Aslanovun ailəsi ziyarət olunub - FOTOLAR

Naftalanda Şəhid Bəxtiyar Aslanovun ailəsi ziyarət olunub - FOTOLAR
SOSİAL
13:15 26.09.2025
249
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər 44 günlük Vətən müharibəsi zamanı Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Aslanov Bəxtiyar İlqar oğlunun ailəsini ziyarət ediblər. 
     
AZXEBER.COM xəbər verir ki, görüşdə qeyd edilib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və Ordumuzun misilsiz rəşadəti nəticəsində əldə edilən tarixi Zəfərdə hər bir şəhidimizin əvəzsiz payı vardır. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq sayəsində Azərbaycan bu gün daha güclü, daha möhtəşəm və qalib bir dövlət kimi tarixdə layiqli yerini tutmuşdur.

Qonaqlar vurğulayıblar ki, multikultural dəyərləri və tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycan xalqının igid oğullarının göstərdiyi qəhrəmanlıq hər kəsdə böyük heyranlıq doğurur. Onlar bu şücaətin xalqımızın qürur mənbəyi olduğunu bildirərək, şəhid ailələrinə sonsuz hörmət və ehtiramlarını ifadə ediblər.
Şəhidin anası oğlunun döyüş yolundan danışaraq, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. 

Qeyd edək ki, şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR