Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR

Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
SOSİAL
14:19 24.09.2025
483

27 sentyabr – Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Adıgözəlov Fərid İlqar oğlunun ailəsini ziyarət ediblər.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasəti və rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər milyonlarla həmvətənimiz üçün böyük qürur və iftixar mənbəyinə çevrilib.

Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri şəhid ailələrinə eləcə onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

 Vətən Müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"medalları ilə təltif olunub.


 

 

 

OXŞAR XƏBƏRLƏR