Naftalanda yeni otel kompleksinin açılışı olub - FOTOLAR

Naftalanda yeni otel kompleksinin açılışı olub - FOTOLAR
SOSİAL
16:28 18.02.2022
1734
Bu gün Naftalanda yeni bir Müalicə Sağlamlıq Mərkəzinin "Park Naftalan” ın açılışı olub.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Müşfiq Cəfərov, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, Şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Kompleksin direktoru Hatəm Qocayev, ŞİH-nin məsul işçiləri iştirak edib.

Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.

İcra başçısı "Park Naftalan” ın rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin, ölkədəki iqtisadi – sosial sabitlik, paytaxt Bakı ilə yanaşı regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Həmçinin, bu gün ölkə başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Naftalan şəhəri günü-gündən daha da inkişaf edən, vurğuladığı kimi, beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir Müalicə Mərkəzinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Son illər bölgələrdə müasir Hotel və Müalicə Sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin və yerli turistlərin sayının artmasına da böyük təkan verir.

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına hər zaman göstərilən diqqət və qayğının nəticəsidir ki, burada da işə götürülənlər arasında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər də var.

Qeyd edək ki, təxminən 1 hektar sahəsi olan Mərkəzin tikintisinə 2018-ci ildə başlanıb, görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 2 ədəd 6 mərtəbli binadan, 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən inventar avadanlıqlarla təchiz olunmuş "Park Naftalan” da gündəlik 240 turist gecələyə biləcək. Həmçinin, Mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun mövcud olmasıdır ki, bu da buraya gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq