Nahidə Orucova ilə Şəfiqə Nağıyeva arasında gərgin anlar: Danışıq tərzinizə fikir verin - VİDEO

MAQAZİN
16:25 22.11.2021
2499
Canlı yayımda tanınmış aktirsa ilə Nahidə Orucova ilə vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.

AZXEBER.COM xəbər verir ki, ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verlişində Nahidə Orucova ilə Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.
 
Belə ki, aktrisa Nahidə Orucova vəkil Şəfiqə Nağıyevanın onu xoşlamadığını və onu görmək istəmədiyini hiss etdiyini bildirib.

"Mən Şəfiqə xanıma heç bir hörmətsizlik, saymazlıq etməmişəm. Həmişə ona hörmətlə yanaşmışam. Amma mən Şəfiqə xanımdan onu hiss edirəm ki, o, məni görmək istəmir” deyə Nahidə Orucova bildirib.

Şəfiqə Nağıyeva isə Nahidə xanımın onun haqqında haradasa danışmadığından əmin olduğunu və səbəbin bu olmadığını bildirərək "Zorla bəyənmək olmaz, hər insanı sevmək olmur, mən sizi bəyənmirəm” cavabını verib.

Nahidə Orucova daha sonra Şəfiqə xanımın studiyada əyləşən aktyor Rəhman müəllimi bəyəndiyini deyib: "O, kişidir, ona görə onu bəyənir”
 
Bu sözü Şəfiqə Nağıyevanı əsəbiləşdirib: "Bax, bu cür danışıq tərzinə görə səni bəyənmirəm, danışıq tərzinizə fikir verin” deyə bildirib.
 
Ayşən Mizəyeva
 

OXŞAR XƏBƏRLƏR