Nail Naiboğlunun oğurluğu üzə çıxdı

Nail Naiboğlunun oğurluğu üzə çıxdı
ŞOU-BİZNES
12:18 21.06.2011
1594
ANS PRESS-in məlumatına görə, incikliyə səbəb rejissorun gənc müğənni Lamiyə Novruzovaya çəkdiyi klip olub. Klip sözləri Vahid Əliyevə, musiqisi Elçin İmanova aid olan "Mehriban vətənim" mahnısına çəkilib.

Pavilyon şəraitində çəkilən klipdə Azərbaycanın bayrağını ucaldan idmançılarımız, elm və siyasi xadimlərimiz, hətta "Evrovision 2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da əks olunublar. Lakin klip TV-də göstərilən andan qalmaqala səbəb olub. Belə ki, rejissor Nail Naiboğlunun gənc müğənniyə çəkdiyi "Mehriban vətənim" klipi, xalq artisti İlhamə Quliyeva üçün çəkdiyi "Azərbaycan bayrağı" klipinə çox bənzəyir.

Nail Naiboğlu ANS PRESS-ə açıqlamasında Lamiyə Novruzova üçün çəkdiyi klipin İlhamə xanımın son klipinə oxşarlığını təsdiqlədi: "Bəli, kliplər oxşardır. Yaxın dostum, bəstəkar Elçin İmanov mənə zəng vurub 2 ay əvvəl İlhamə xanım üçün çəkdiyim "Azərbaycan bayrağı" klipini çox bəyəndiyini və bu klipə oxşar bir klipi tələbəsi Lamiyə Novruzova üçün çəkməyimi istədi. Mən də etiraz etmədim, razılaşdım. Çünki o klipi də mən çəkmişəm, heç kimdən oğurluq etməmişəm! Lamiyənin klipini öz çəkdiyim klipə oxsatmışam. Bu da normal haldır".

OXŞAR XƏBƏRLƏR