Ermənistan Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı olaraq Fransaya təşəkkür edib.
AZXEBER.COM Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "France Press"ə açıqlamasıda ölkəsinin duyduğu minnətdarlığı ifadə edib: "Fransa parlamenti insan dəyərlərinə verdiyi qiyməti bir daha təsdiqlədi. Bir daha Fransadakı rəsmilərə, parlamentə və fransız xalqına minnətdarlığımı ifadə etmək istəyirəm"