Azərbaycanda naməlum şəxs ev sahibini döyərək evindən xeyli miqdarda pul oğurlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağsu rayonunun Fatmayi kənd sakini İkayət Soltanovun evinə açıq qalmış qapıdan girən naməlum şəxs onu döyərək evindən 2 min manat pul və 800 dollar aparıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, ilkin əməliyyat axtarış tədbirləri görülür.(APA)