Naməlum sürücü yolu keçmək istəyən 20 yaşlı qızı vurub qaçdı
Bütün Xəbərlər
23:58 19.12.2011
2146
“Əzizbəyov” metrostansiyasının qarşısında bu gün səhər saatlarında naməlum avtomobil yolu keçən piyadanı vurub. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Heydər Əliyev prospektində avtomobil yolu keçən təqribən 20 yaşlı, şəxsiyyəti istintaqa hələlik məlum olmayan qızı vurub və o, hadisə yerində keçinib. Avtomobil hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.