Namiq Qaraçuxurludan üzücü xəbər - VİDEO

Namiq Qaraçuxurludan üzücü xəbər - VİDEO
MAQAZİN
11:06 01.11.2022
835
Meyxanaçı Namiq Qaraçuxurlunun bir müddət əvvəl vəziyyəti ağırlaşıb. 
 
AZXEBER.COM xəbər verir ki, sənətçi "Space Magazin"ə açıqlaması zamanı səhhətinin həddən artıq pis olduğunu, evdən bayıra çıxa bilmədiyini deyib:

"Səhhətimdə 10 günlük problem vardı. Baş gicəllənməm, ürəkbulanmam var idi. Böyrəyimdən daş düşdü. Əməliyyat olunmadım. Evdə iynə vurdular, gəzdim və düşdü. Üç kiloqram arıqlamışam, 84 idim, hazırda 81 kiloyam. İki-üç gündən sonra vəziyyətim düzəldi, sonra yenə tutdu. Çarə tapa bilmədik. Sən demə, böyrəyimdə daş var imiş. Səhhətim o qədər ağır idi ki, həkimə getmək üçün evdən çıxa bilmirdim".
 

OXŞAR XƏBƏRLƏR