Namus qoruyan türk qızın mücadilə anı - VİDEO

Namus qoruyan türk qızın mücadilə anı -  VİDEO
Bütün Xəbərlər
13:40 01.12.2014
8664
Serblərin təcavüzünə məruz qalan almanları xilas edərkən həyatını itirən türk qızı Tuğçe Albayrakın yaralandığı anın videosu yayılıb.AZXEBER.COM-un məlumatına görə, Almaniyanın Offenbax şəhərindəki restoranların birində təcavüz edilən iki qızı qorumaq istəyərkən ağır yaralanan və müalicə aldığı xəstəxanada dünyasını dəyişən Tuğçe Albayraka avtomobil dayanacağında edilən hücum anbaan təhlükəsizlik kameralarına düşüb.Görüntülərdə avtomobil dayanacağından uzaqlaşdırılmağa çalışılan təcavüzkarların Tuğçenin olduğu yerə getmələri və ona hücum etdiyi müşahidə edilir.Tuğçe Albayrak noyabrın 15-də bir restoranda təcavüzə məruz qalan iki qızı xilas etmək istəyərkən ağır yaralanıb. Noyabrın 28-də isə müalicə aldığı xəstəxanada həyatını itirib. O, çərşənbə günü torpağa tapşırılacaq və onun son mənzilə yola salmaq üçün minlərlə insanın gələcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR