Teleməkanın seçilən və sevilən aparıcılarından Nanə Ağamalıyeva səssizliyini pozub.
AZXEBER.COM xəbər verir ki, o, "Xatırla” adlı yeni mahnısını dinləyicilərə təqdim edib.
Mahnının sözləri Tural Məmmədova, musiqisi Fərid Kərimiyə aiddir.
Aparıcı yeni layihəsini süni intellektlə ərsəyə gələn kliplə birlikdə təqdim edib.
Xatırladaq ki, Nanə Ağamalıyeva yeni mövsümdən yeni veriliş ilə ekranlara qayıdacaq.
Aysel











































