Supermodel Naomi Kempbell "Soon International Magazine" dərgisinin üz qabığını bəzəyib. Miss Kempbell uzun zaman onun keçəl olduğunu və parik taxdığını müzakirə edən çoxsaylı pərəstişkarlarına cavab olaraq qəsdən belə edib. Fotosessiyada Hollivud blokbasterlərinin personajlarını xatırladan "Qara pantera" fantastik görünür. Yeri gəlmişkən, Naomi Kempbellin sevgilisi - oliqarx Vladislav Doronin gözəlin həddən artıq qeyri-adi bu fotosessiyasına etiraz etməyib.