“Napoli”nin sabiq baş məşqçisi şəhərin fəxri vətəndaşı olub

İDMAN
19:08 07.12.2023
207
İtaliya millisinin baş məşqçisi Luçano Spalletti Neapol şəhərinin fəxri vətəndaşı olub.

Təcrübəli mütəxəssis "Napoli” ilə qazandığı titula görə bu ada layiq görülüb.

Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə A seriyasının qalibi olaraq, 33 illik həsrətə son qoyub. 64 yaşlı çalışdırıcı yayda İtaliya yığmasının "sükanı arxasına" keçib.

Qeyd edək ki, Luçano Spalletti məşqçi karyerası ərzində İtaliya Kubokunu (2 dəfə), Rusiya Premyer Liqasını (2 dəfə), Rusiya Kubokunu və Superkubokunu da qazanıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR