Naqif Həmzəyev: Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər

SOSİAL
11:52 01.06.2020
163
Uşaqlar dünyanın sevinci, ən dəyərli varlıqlarıdırlar. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Bu baxımdan bu gün uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Unutmayaq ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin , biz böyüklərin öhdəliyindədir.

Bunu AZXEBER.COM-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağı olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar.

"Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır”.

Bu fikirləri söyləyən Ulu öndərimiz Heydər Əliyevin bütün həyatı boyu uşaqlardan öz sevincini əsirgəmədi, onların gələcəyini təmin edən mühüm əhəmiyyətli fərman və sərəncamlara imza atdı, onların uğuruna sevindi, onlarla birgə keçirdiyi anları həyatının ən xoşbəxt məqamı olduğunu dilə gətirdi. Dahi şəxsiyyətin sabahımız olan uşaq lara göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı, dövlət basçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət səviyyəsində uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Uşaq hüquqlarının qorunmasında əsas məsuliyyət ailənin üzərinə düşür. Dili dualı Azərbaycan anaları övladlarının başına pərvanə kimi dolanıb, laylalarla, bayatılarla, oxşamalarla əzizləyiblər.Vətən, millət təəssüblü atalarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar, Vətənin başından bir tük belə əskik olmasına imkan verməsinlər. Və min illər boyu bu adət-ənənə öyüd- nəsihətlər, nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gəlib-çıxıb. Bu müqəddəs öyüd-nəsihətlərlə böyüyən fidanlar sonrdan beyrəklərə, qazanlara, babəklərə, koroğlulara, mehdilərə, əliflərə, fəridlərə, mübarizlərə... çevrib, öz hüquqlarını qoruyublar.

Fürsətdən istifadə edib, mən də 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə gül balalarımızı ürəkdən təbrik edirəm. Bilirik ki, dünyadakı bütün uşaqlar eyni hüquqlara, eyni valideyn nəvazişinə, yüksək səviyyəli təhsilə malik

deyillər. Arzu edirəm, yer üzündə valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan körpələrin problemləri birdəfəlik həll edilsin, dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:24 08.07.2020

Baş Prokurorluq qətlə yetirilən Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

18:50 08.07.2020

Goranboy və Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

18:34 08.07.2020

Mehriban Əliyeva daha iki şəhid ailəsinin mənzil problemini nəzarətə götürdü - Fotolar

18:30 08.07.2020

190 manat birdəfəlik ödəmə veriləcək şəhər və rayonların sayı artırıldı - RƏSMİ

18:27 08.07.2020

Azərbaycanda daha 542 nəfərdə koronavirus aşkarlandı, 9 nəfər öldü

18:17 08.07.2020

Deputatdan icra hakimiyyətinin “olmaz” xəbərdarlığına reaksiya— VİDEO

18:04 08.07.2020

Bu şəxslərə SMS göndəriləcək

17:55 08.07.2020

AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağaldı

17:43 08.07.2020

İcra Hakimiyyəti Nazirlər Kabinetinin qərarına qarşıdır - VİDEO

17:40 08.07.2020

Yasamalda vəzifəli şəxs qəbiristanlıqda həbs edildi

17:37 08.07.2020

Sosial şəbəkədə yayılan video ilə bağlı - RƏSMİ AÇIQLAMA

17:23 08.07.2020

TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

17:11 08.07.2020

Azərbaycanda tanınmış musiqiçi belə həbs edildi - VİDEO

17:00 08.07.2020

Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - VİDEOREPORTAJ

16:35 08.07.2020

Azərbaycanda COVID-19-un həkimləri qəzaya düşdü - 7 nəfər yaralandı

16:28 08.07.2020

DİN karantinə görə saxlanılanların fotolarını niyə yayır? - RƏSMİ AÇIQLAMA