Naqif Həmzəyevdən Rəsulzadəylə bağlı açıqlama gəldi

Naqif Həmzəyevdən Rəsulzadəylə bağlı açıqlama gəldi
Bütün Xəbərlər
14:33 01.12.2015
1266

Gəncənin yeni seçilən deputatı bu gün medianın gündəminə gəlib.

AZXEBER.COM xəbər verir ki, buna səbəb musavat.com-da Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlərdir.

Həmin yazıda qeyd olunub ki, deputat Rəsuzladəni satqın adlandırıb və onu lider kimi tanımadığını bildirib.Yeni seçilən gənc deputatın bu fikirləri sosial şəbəkədə ciddi etirazla qarşılanıb.

Məsələ ilə bağlı Naqif Həmzəyev şəxsi "facebook" səhifəsində yazıb: 

Millət vəkili vurğulayıb ki, o, Məhəmməd Əmin Rəsulzadəni təhqir etməyib: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”

.

OXŞAR XƏBƏRLƏR