“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi
SOSİAL
18:02 07.02.2018
891

Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində "Nar” Bakı metropoliteninin stansiyalarında 4G (LTE) xidmətini təqdim edib. LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü "Nar” abunəçilərinin ürəyincə olub.

 

Qeyd edək ki, "Nar” 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının platformalarında ("Sahil” istisna olmaqla) təmin edilib. Artıq "Nar” abunəçiləri metro stansiyalarında saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən faydalanmaq imkanı qazanacaqlar. "Nar” öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri davam etdirəcəkdir.

 

"Nar” LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü