“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

İQTİSADİYYAT
16:45 31.10.2019
4437
Ölkənin ən gənc mobil operatoru "Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. Artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə "Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub. 

AZXEBER.COM xəbər verir ki, karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seçməkdə kömək edir. 

Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib.

Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi