“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
İQTİSADİYYAT
18:17 26.11.2021
482
"Nar”ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.

"Nar”ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə "FULL”, "CavanNar” və "Unikal” tarif planlarının istifadəçi sayında ortalama olaraq, 23% artım müşahidə olunub.

"Nar” olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır. Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir. Bu kompleks yanaşmanın nəticəsi olaraq, biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq 3-cü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik”,- deyə "Azerfon”un Baş icraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, "Nar” abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.

"Nar” hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq, abunəçilərini daha üstün müşətri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.

"Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, "Nar+” mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb. Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən "Nar+” tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.

Son 9 ay ərzində "Nar” KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib. Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilkdə 750 min AZN-dən çox investisiya ayırıb.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub