Nar Mobile beynəlxalq qida sənayesi sərgisinin kommunikasiya tərəfdaşıdır

İQTİSADİYYAT
13:25 15.05.2012
2178

Nar Mobile “İteca Caspain” şirkətinin təşkilatçılığı ilə May ayının 15-dən 17-dək Bakıda keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək olub. Nar Mobile-dən AZXEBER.COM-a verilən məlumata görə, bu il Qida Sənayesi sərgisində dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Litva, Türkiyə və digər ölkələrdən 120 şirkət iştirak edib. Sərginin ekspozisiyasını ət və quş əti, konservləşdirilmiş məhsullar, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, qida sənayesinin müxtəlif istiqamətləri, laboratoriya analizi üçün avadanlıqlar və s. təşkil edib.

Nar Mobile, İTECA Caspian ilə tərəfdaşlıq razılaşmasına uyğun olaraq artıq bir neçə ildir ki, davamlı olaraq “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir.Bu günlərdə də şirkətimiz növbətidəfə Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək olub. Biz hər zaman ölkəmiz üçün əhəmiyyət kəsb edən tədbirlərin uğurlu keçməsi üçün səylərimizi əsirgəmirik.” – deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirmişdir.

Qeyd edək ki, “Iteca Caspian” Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan ən nüfuzlu qurumdur. Sərgilər Neft və Qaz, Tikinti, Telekommunikasiya və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida sənayesi, Mehmanxana sənayesi və digər mövzuları əhatə edir. Nar Mobile artıq 2 ildən artıqdır ki, davamlı olaraq sərgilərə öz kommunikasiya dəstəyini göstərir.

Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq