'Nar Mobile' Eurovision ərəfisində yeni layihələr təklif edir

İQTİSADİYYAT
11:00 26.05.2012
2319
Nar Mobile ölkəmizə gələn turistlərə lazım olacaq bütün rabitə xidmətlərini göstərməklə yanaşı“İçərişəhər”-in təşkil etdiyi layihələrə dəstək olur. Hər zaman abunəçilərinə dəstək olan və yenilikçi olan Nar Mobile “Eurovision 2012” mahnı müsabiqəsi zamanı bir neçə yeniliyə imza atıb. Şirkət şəhərimizin sakinləri və ölkəmizdə səfərdə olan qonaqlar üçünxüsusi “Eurovision-Nar” danışıq paketlərini hazırlayıb. Belə ki, danışıq paketində ölkəmizə gələn turistə lazım olacaq bütün rabitə xidmətləri - şəbəkədaxili səs zəngləri, SMS, MMS, data və beynəlxalq zənglər daxildir. Yalnız 10 AZN ödəməklə Bakıda səfərdə olan qonaqlar ölkədaxili, beynəlxalq və internet xidmətlərindən faydalana bilərlər. Bundan başqa Nar Mobile “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, eyni zamanda paytaxt Bakının təbliğat və tanıdılmasında yaxından iştirak edərək bir sıra layihələrə dəstək göstərir.Əməkdaşlığın əsas məqsədi turistlərə, xarici ölkə nümayəndəliklərinə vətənimizin tanıdılması, tariximizin öyrədilməsi, rəngarəng mədəniyyət və incəsənət dəyərlərimizi çatdırmaqdır. Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq