“Nar Mobile” Ümumdünya Mobil Konqresində iştirak etdi

“Nar Mobile” Ümumdünya Mobil Konqresində iştirak etdi
İQTİSADİYYAT
14:35 05.03.2015
2785
Mobil operator dünya telekommunikasiya şirkətləri ilə təcrübə mübadiləsi aparıb
“Nar Mobile” mobil operatorunun nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Ümumdünya Mobil Konqresində (GSMA Mobile World Congress) iştirak edib. Mart ayının 2-də İspaniyanın Barselona şəhərində işə başlayan bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılmışdılar.
Tədbirdə aktiv iştirak edən “Nar Mobile” nümayəndələri digər konqress iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılıb, təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında fikirlərini bölüşüblər. “Nar Mobile” təmsilçiləri Ümumdünya Mobil Konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də iştirak ediblər. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan minlərlə qonağın qatıldığı dördgünlük mötəbər tədbirdə fərqli sessiyalar keçirilmişdir.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar