“Nar Mobile” şəbəkəsində texniki problemlər olacaq
İQTİSADİYYAT
12:27 18.05.2012
3003
“Nar Mobile” abonentlərini təkmilləşdirmə işləri ilə əlaqədar olaraq şəbəkədə yaşanmış texniki problemlərin olması barədə xəbərdar edir. “Azerfon” şirkətindən AZXEBER.COM-a bildirilib ki, təkmilləşdirmə işləri aparıldıqda zənglərin edilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər. Şirkətdən qeyd olunub ki, təkmilləşdirmə üzrə nəzərdə tutulan işlər qısa müddətdə başa çatdırılacaq və tam genişli xidmət bərpa olunacaq. “Nar Mobile yaranmış problemi abonentlərin anlayışlı qəbul edəcəyinə ümid edir”.