Nar Mobile və Milli Olimpiya Komitəsi yeni layihəyə start verdi

Nar Mobile və Milli Olimpiya Komitəsi yeni layihəyə start verdi
Bütün Xəbərlər
10:45 28.12.2012
1072

“Əlilliyi olan uşaqların London 2012 Oyunlarının ruhlandırıcı gücü vasitəsilə inkişafı” layihəsi çərçivəsində Olimpiyaçı və Paralimpiyaçıların Saray internat evində uşaqlar ilə görüşü keçirilib Abşeron rayonu Saray qəsəbəsi 7 saylı internat evində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkilatçılığı, NarMobile şirkətinin dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların London 2012 Oyunlarının ruhlandırıcı gücü vasitəsilə inkişafı” layihəsinə start verilib. NarMobile-dən AZXEBER.COM-a verilən məlumata görə, layihənin təqdimat mərasimi tədbirə dəvət almış London 2012 Olimpiya və Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçıları – Rövşən Bayramov, Emin Əhmədov, Oleq Panyutin, Yulia Ratkeviç və Afaq Sultanova və başqalarının tədbir çərçivəsində təşkil edilmiş şən və inklusiv oyunlarda uşaqlarla yarışından başlayıb. Bundan sonra rəsmi hissəni giriş sözü ilə internat evinin direktoru Qətibə Əsədova açaraq London Olimpiyaçı və Paralimpiyaçılarının layihənin təqdimatında iştirakı və yeni il öncəsi əlilliyi olan uşaqlara hədsiz sevinc bəxş etdiklərinə görə idmançılara, Milli Olimpiya Komitəsinə və NarMobile şirkətinə dərin minnətdarlığını bildirib.  Tədbirdə Milli Olimpiya Komitəsinin rəsmiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Çıxışçılar bu kimi tədbirlərin sağlamlıq imkanlarından asılı olmayaraq bütün uşaqlar və gənclər üçün əvəzsiz rolunun olduğunu xüsusi vurğulayıb.  Milli Olimpiya Yığmasının Rəsmi Kommunikasiya Tərəfdaşı olan Nar Mobile korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq əlillərin cəmiyyətə inteqrasiyası məsələsinə xüsusi önəm verir. Belə ki, beş aylıq layihə Saray internat evindən olan uşaqların idman və kommunikasiya xidmətləri vasitəsilə cəmiyyətə inteqrasiyasına xidmət edir. Bu məqsədə nail olmaq üçün Saray qəsəbəsi 2 saylı orta məktəbin kollektivinin, xüsusilə uşaqlar və onların valideynlərinin, həmçinin idman ictimaiyyətinin səfərbər edilməsi nəzərdə tutulur

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib