Bakutel 2015 təşkilatçıları tərəfindən “Müştərilər üçün Ən Cəlbedici Stend” nominasiyasının qalibi “Nar” elan olundu
2-5 Dekabr 2015-ci il tarixlərində keçirilən beynəlxalq Bakutel sərgisində “Nar” mobil operatoru özünün “Nar Bağı” konseptində hazırladığı sərgi stendini təqdim etdi. Hər zaman müştəri yönümlü siyasətini özünün başlıca məqsədlərinin biri hesab edən Nar, stendinin formatı, təqdim edilən innovativ texnologiyalar və müxtəlif əyləncəli oyunları sayəsində sərgi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Müştərilərin müxtəlif tələblərinə uyğun olaraq “Nar” stendi 5 şərti zona ayrılmışdır. Bu zonalarda sərgi ziyarətçiləri üçün Bulud xidmətləri, 4G (LTE) yüksəksürətli məlumat ötürülmə xidmətləri və cihazları, müxtəlif əyləncəli oyunlar və nar bağına virtual səyəhət imkanını yaradan Augmented Reality texnologiyası təqdim olundu.
Nar hər kəsi Bakutel 2015 sərgisində yerləşən stendini ziyarət etməyə dəvət edir.