Nardaran qəsəbəsinin daha bir sakini ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ramil Əsgərzadə mərhum atasına məxsus “İJ-58” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.