Qəsəbəyə Daxili Qoşunların qüvvələri nəzarət edir.
Nardaran qəsəbəsinin mərkəzi küçələrində və meydanlarında “web-kamera”lar quraşdırılır.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hazırda qəsəbədə tikinti-yenidənqurma işləri aparılır, qəsəbənin mərkəzindəki parkda təmir-bərpa işləri görülür, park genişləndirilir.Həyətlərdə su sayğacları quraşdırılır.Hazırda qəsəbənin giriş-çıxış yollarına və mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.Ticarət və iaşə obyektləri açıqdır.Qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.