Nardaranda mitinq keçirildi

Nardaranda mitinq keçirildi
Bütün Xəbərlər
17:22 28.09.2012
2089
Nardaran qəsəbəsində Məhəmməd peyğəmbəri (S) təhqir etmək niyyəti ilə çəkilmiş “Müsəlmanların məsumiyyəti” adlı filmə və Fransanın «Charolie Hebdo» jurnalında dərc olunmuş karikaturaya etiraz olaraq mitinq keçirilib.
APA-nın məlumatına görə, mitinqdə Nardaran kənd ağsaqqalları, Azərbaycan İslam Partiyasının (AİP) sabiq sədri Hacı Hacıağa Nuri, Nardaran cümə məscidinin axundu Hacı Ataməli, AİP sədr əvəzi Hacı Elçin Manafov, kənd ağsaqqallar şurasının sədri Kərbalayi Natiq Kərimov çıxış ediblər. Çıxışlarda bu əməlləri həyata keçirənlər pislənib, onların və sifarişçilərin cəzalandırılması tələb edilib. Mitinq iştirakçıları həmçinin İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət başçılarını ABŞ, Fransa və İsraillə əlaqələri kəsməyə çağırıblar. ABŞ, İsrail və Fransa, film və karikaturanı çəkənlərin əleyhinə şüarların səsləndirildiyi mitinqin sonunda ABŞ və İsrailin bayraqları yandırılıb.N
OXŞAR XƏBƏRLƏR