Nardaranda oğul anasına 50 bıçaq zərbəsi endirdi

Nardaranda oğul anasına 50 bıçaq zərbəsi endirdi
Bütün Xəbərlər
11:25 10.10.2011
2274
Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. 
Hadisə rayonun Nardaran qəsəbəsi, Ş. Tusi küçəsi, ev 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Akif Zeynalabdin oğlu Hüseynov ailə münaqişəsi zəminində anası, 1960-cı il təvəllüdlü Əminə Məhəmməd qızı Hüseynovanı bıçaqlayıb. 50 bıçaq xəsarəti alan Ə. Hüseynova yerindəcə dünyasını dəyişib. 
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A. Hüseynov saxlanılıb. 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR