Nardaranda yaralananlardan daha biri dünyasını dəyişdi

Nardaranda yaralananlardan daha biri dünyasını dəyişdi
Bütün Xəbərlər
21:54 28.11.2015
2066
Nardaranda baş verən atışmada yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə ANS PRESS-ə Nardaran sakini Natiq Kərimov deyib.

Onun sözlərinə görə, Fərahim Bünyatov adlı yaralı dünən axşam saatlarında xəstəxanada ölüb.

"Onlar iki qardaş olublar. Fərahim Bünyatov və Rəfael Bünyatov. İndi biz meyitlərin gətirilməsini gözləyirik. Meyitlər yaxın saatlarda ailələrinə təhvil veriləcək", deyə N.Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda Sabunçu rayonu 3 saylı xəstəxanasında yaralılardan 1 nəfər müalicə olunur.

Bu gün Nardaranda baş verən silahlı insident zamanı xəsarət alanların yerləşdirildiyi Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxananın girişində sıxlıq yaranıb. Buna səbəb isə xəstəxanaya daxil olmaq istəyən vətəndaşların ciddi şəkildə yoxlanmasıdır.

Xəstəxananın giriş qapısında 6-7 silahlı polis əməkdaşları xidmət aparır ki, onlar xəstəxanaya girib-çıxanları ciddi şəkildə yoxlayırlar. İnsanların problemləri daha çox xəstəxanannın girişində yaşanır.

Çünki tibb müəsisəsinə girmək istəyənlərin bütün əşyaları yoxlanır və bu da, xeyli zaman aldığı üçün xəstəxananın girişində basabas yaranır. Təbii ki, bu da, zaman-zaman hüquq-mühafizə orqanları əməkdaşları ilə mülki şəxslər arasında narazılığın yaranmasına səbəb olur.

Tibb müəsisəsinin giriş hissəsi ilə yanaşı ərtaf ərazilərdə də çoxlu polis əməkdaşları var. Bununla bərabər xəstəxananın ətrafında avtomobillərin saxlanılmasına da icazə verilmir.

Ona görə hazırda xəstəxanada Nardaranda baş verən insident zamanı xəsarət alanlardan neçəsinin müalicə edildiyini öyrənmək mümkün olmadı.

Diqqət çəkən digər məqam isə yeni gələn xəstələrin qəbul edilməməsidir. Hazırda xəstəxanaya yeni xəstələrin qəbuluna icazə verilmir.
OXŞAR XƏBƏRLƏR