“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
İQTİSADİYYAT
14:15 23.09.2025
966

Sərfəli mobil operator "Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün "Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə "Şəkərbura Şou”nun təşəbbüsü, "Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.

 

AZXEBER.COM xəbər verir ki, turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən "Uğur” komandası birinci, "Qızıl” ikinci, "Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar "Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb. 

 

Qeyd edək ki, "Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu "Stevie” biznes mükafatına layiq görülüb. Yeni jest dili mobil tətbiqinin dəstəklənməsi də "Nar”ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir. Mobil operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir