“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR
İQTİSADİYYAT
11:30 20.06.2025
736
Sərfəli rabitə xidmətləri təqdim edən "Nar”, eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir.
 
AZXEBER.COM xəbər verir ki, "Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilən "Təlim Məktəbi” layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib. 

Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. "Nar” isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir.

"Nar”ın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: "Təlim Məktəbi” vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir”.

Qeyd edək ki, "Nar” müxtəlif sosial qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələri prioritet hesab edir. Mobil operatorun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri çərçivəsində regionlarda maarifləndirici layihələrə, inklüziv təhsilə və gənclərin inkişafına davamlı şəkildə töhfə verilir. "Nar”ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər