Narkomanlarla internetdən asılı olan adamlarda oxşarlıq tapılıb

Narkomanlarla internetdən asılı olan adamlarda oxşarlıq tapılıb
Bütün Xəbərlər
21:20 15.01.2012
1919
İnternetdən asılı olan insanların beynində narkoman və alkoqol düşkünlərinin beynindəki dəyişikliklər müşahidə olunub.Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bunu çinli mütəxəssislərin apardıqları ilkin araşdırmalar sübut edir.Çinin Elm Akademiyasından olan Hao Leinin rəhbərliyi altında aparılan tədqiqat zamanı 14 yaşdan 21 yaşadək olan 35 nəfərin beyninin şəkli çəkilib. Sorğu gənclərin 17-də internetdən asılılıq olduğunu göstərib. Skanetmə isə daxili beyin bağlarında pozuntuların olduğunu aşkara çıxarıb.Beləliklə, internetdən asılılığı olan adamlarda beyin zonalarında emosiyalar, qərarların qəbulu və özünə nəzarətlə bağlı əsəb liflərinin əlaqəsində pozuntu müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR