Oğuz rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Oğuz polis şöbəsindən verilən məlumata görə, rayon sakini Əzizov İntiqam Ramiz oğlu narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satarkən saxlanılıb. Saxlanılan İntiqam Əzizovun həmin narkotik vasitəni Oğuz rayonunda məskunlaşmış şuşalı məcburi köçkün Rəhimov Sahib İntiqam oğlundan aldığı məlum olub.Təqsirləndirilən İntiqam Əzizov bildirib ki, yaxın tanışlarından biri ondan narkotik vasitənin haradan əldə edilməsi ilə maraqlanıb. O, öz növbəsində rayonda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxs kimi, Sahib Rəhimova müraciət etməyi tövsiyə edib. Az sonra isə özü vasitəçi olmaqla həmin narkotik vasitəni Sahib Rəhimovdan alıb.Faktla bağlı saxlanılan şəxslər barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilməklə barələrində cinayət işi başlanılıb, istintaq aparılır.