Narkotik maddələrin alveri ilə məşğul olan şəxslər yaxalanıb

Narkotik maddələrin alveri ilə məşğul olan şəxslər yaxalanıb
Bütün Xəbərlər
00:30 17.05.2012
1079
Azərbaycanın Biləsuvar rayonunda narkotik maddələrin alveri ilə məşğul olan şəxslər yaxalanıb. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Bağbanlı kənd sakini, 47 yaşlı Vaqif Məmmədov və Aranlı kəndində yaşayan 34 yaşlı Namiq Fətullayev 12 kiloqram çəkidə narkotik maddə olan həşiş qatranını rayonun Çaylı kənd ərazisində şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən yaxalanıblar. Elə ilkin sorğu-sualdan hər ikisi narkotik vasitənin onlara məxsus olduğunu etiraf edib. Cinayətkarların narkotik vasitəni haradan əldə etdikləri isə hələlik istintaqa məlum deyil. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR